Xızıda aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
Ölkəmizdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, aztəminatlı ailələr daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, bayram və digər əlamətdar günlərdə onlara maddi və mənəvi dəstək göstərilir. Bu istiqamətdə Azərbaycan həmkarlar ittifaqları da fəal iştirak edir, dövlətimizin bütün çağırışlarına adekvat cavab verir.
Ənənənin davamı olaraq martın 18-də və sonrakı günlərdə ATİAHİ Xızı rayon komitəsi tərəfindən rayon ərazisində aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb.
Həmin ailələr göstərilən diqqətə görə, ölkə rəhbərliyinə və təşkilatçılara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo